SON XƏBƏR

Ərdoğan: “Məndən hansı sözü gözləyirlər?”

Mart 24
10:52 2017
Rəcəb Tayyib Ərdoğan Almaniya və Hollandiyanın türkiyəli nazirlərin fəaliyyətinə yasaq qoymasına qarşılıq "nasist” bənzətməsinin arxasında durduğunu bu sözlərlə bildirib.
 
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiyanın separatçı terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG/PYD ilə bağlı mövqeyinin üzücü olduğunu söyləyib.
 
Türkiyənin özəl telekanalında gündəmə dair sualları cavablandıran Ərdoğan deyib: "Rusiya və Amerika Birləşmiş Ştatlarının YPG, PYD və PKK-ya göstərdikləri maraq bizi üzür. Özlərinə söylədiyim üçün açıq şəkildə deyirəm: ‘Bunların Suriyadan kənarlaşdırılması lazımdır, təmizlənmədikcə bizim vəzifəmiz də Suriyada bitmir’. Onları rejim dəvət edib. Hər dəvətə razılıq verilməz. Dünya siyasətində belə bir şey yoxdur”.
 
Rəcəb Tayyib Ərdoğan Almaniya və Hollandiyanın türkiyəli nazirlərin fəaliyyətinə yasaq qoymasına qarşılıq "nasist” bənzətməsinin arxasında durduğunu bu sözlərlə bildirib: "Nasizm deməyək, faşistmi deyək? Nə qədər ki qərbdə türk və müsəlman adına xor baxılır, bu söz də deyiləcək.. Almaniya rəhbərliyi separatçı terror təşkilatı PKK-nın fəaliyyətinə icazə verir. Görəsən, bu hərəkətin universal hüquqda adı nədir? Bu ziddiyyət qarşısında məndən hansı sözü gözləyirlər?.. Artıq gündəmi 16 Aprel referendumu müəyyən edəcək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook