SON XƏBƏR

Ərdoğan, Makron və Merkel arasında telefon danışığı olub

Fevral 21
15:34 2020
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, üçtərəfli telefon danışığı zamanı Türkiyə Prezidenti ötən gün Almaniyada baş verən terror hadisəsində ölənlərin yaxınlarına başsağlığı verib.

Ərdoğan Suriyanın şimalında, İdlib vilayətində Suriya ordusunun hücumlarının dayandırılmasının vacibliyini də qeyd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook