SON XƏBƏR

Ərdoğan iyulun birinci ongünlüyündə Azərbaycana səfər edə bilər

İyun 30
17:04 2018
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Azərbaycana səfər edə bilər.
 
"Timetürk"ün verdiyi məlumatda, o, həmin tarixdə Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəyini söyləyib.

"Bundan əvvəl Türkiyə prezidenti deyib ki, prezident seçiləcəyi təqdirdə ilk xarici səfərini Azərbaycana edəcək. Ona görə də Ərdoğanın Şimali Kiprdən Azərbaycana yola düşəcəyini demək olar", - xəbərdə qeyd edilib.

Məlumatda vurğulanıb ki, R.T.Ərdoğan iyulun 11-12-də Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək.

Qeyd edək ki, iyulun 8-də Türkiyə prezidentinin andiçmə mərasimi keçiriləcək.
 
(Report)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook