SON XƏBƏR

Ərdoğan ilə Tramp arasında telefon danışığı aparılıb

Fevral 16
03:38 2020
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, dövlət başçıları Liviyada sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıblar.

Görüşdə regional hadisələr, həmçinin ikitərəfli məsələlər müzakirə edilib.

Ərdoğan və Tramp Suriya rejiminin hücumlarının qəbuledilməz olduğunu qeyd edərək, Suriyanın İdlib bölgəsindəki böhranın tezliklə sona çatması barəsində fikir mübadiləsi aparıblar.

Bundan əlavə, Liviyada sülh və sabitliyin bərqərar olmasının vacibliyi vurğulanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook