SON XƏBƏR

Ərdoğan: "Hücuma keçməliyik"

Yanvar 15
01:49 2017
İqtisadiyyatdakı sıxıntılarımızı müdafiədə qalaraq deyil, hücuma keçərək dəf edə bilərik.

Bu sözləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Türk lider vurğulayıb ki, 2003-cü ildən bəri bənzər vasitələrlə ölkəni xaricdən asılı hala salmaq istəyiblər:

"Valyuta və faiz oyunları vasitəsilə Türkiyəni çökdürmək meyilləri həmişə yaşandı. Böyük layihələrimizin qarşısını almaq üçün kredit meyarları həmişə çətinləşdirildi. Lakin indi qarşılarında keçmiş Türkiyə yoxdur. Dünyanın 10 ən böyük iqtisadiyyatından biri olmaq üçün çalışırıq”.(Axar.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook