SON XƏBƏR

Ərdoğan haqlı çıxdı: Almaniya qarışdı

Aprel 23
00:25 2017
Almaniyanın Köln şəhərində solçu etirazçıların İslam və immiqrasiya əleyhinə aksiyaları ilə tanınan sağ təmayüllü AfD partiyasının yığıncağına müdaxiləsi qarşıdurma ilə nəticələnib.
 
Axar.az BBC-ə istinadın xəbər verir ki, tədbirin keçirildiyi otelə girişi bağlamaq cəhdinin qarşısını alan asayiş qüvvələrilə solçular arasında toqquşma vaxtı iki nəfərin xəsarət aldığı bildirilir.
 
AfD əleyhdarları "Nasizmə yox!" şüarlarını səsləndiriblər. Solçu aksiyasında iştirak etmək üçün şəhərə 50 min fəalın axışdığı güman edilir. "Onların arasında minlərlə solçu ekstremist var", - polis bildirir.
 
Asayişi qorumaq məqsədilə şəhərin mərkəzinə 4 min polis göndərilib.
 
AfD partiyası 4 il əvvəl təsis olunub. O, miqrasiyanın azaldılması və ölkənin Aİ-dən çıxmasına səsləyir.
 
Almaniyanın siyasi qüvvələri sentyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlaşır.
 
Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan Almaniyanı dəfələrlə nasist siyasətdə ittiham edib və bunun ölkəyə ziyan verəcəyini açıqlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook