SON XƏBƏR

“Ərdoğan hamımızın namizədidir” – Davudoğlu iddiaları yalanladı

Aprel 26
18:34 2018
AKP-dən başqa hər hansı bir siyasi hərəkat, təşkilat daxilində olmadım, olmaram. 

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin keçmiş baş naziri, AKP-nin Konyadan olan millət vəkili Əhməd Davudoğlu TBMM-də keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
 
"Əgər belə bir şey etsəm, o zaman AKP kimliyimi buraxaram. Bu kimliyi buraxmaq niyyətim yoxdur və olmayacaq. AKP-nin qəbul etdiyi qərar mənim qərarımdır. Cənab Rəcəb Tayyib Ərdoğan hamımızın namizədidir”, – Davudoğlu bildirib.

Qeyd edək ki, Abdullah Güllə bərabər, Əhməd Davudoğlunun da Ərdoğandan başqa namizədi dəstəkləyəcəyi barədə iddialar səsləndirilirdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook