SON XƏBƏR

Ərdoğan ərəb ölkələrindən mübahisələrini Ramazan ayının sonunadək bitirməyi istəyib

İyun 11
01:00 2017
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəhreynin xairici işlər nazirinə bildirib ki, Qətər və Ərəb dövlətləri arasında mübahisə müqəddəs Ramazan ayının sonuna qədər həll edilməlidir. Bu bərədə şənbə günü Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
Bəhreyn xarici işlər naziri Şeyx Xalid bin Əhməd bin Məhəmməd əl-Xəlifə ilə birgə mətbuat konfransı keçirən Çavuşoğlu deyib ki, Türkiyə Ərəb dövlətləri ilə Qətər arasında olan mübahisənin həllində səylərini göstərməyə davam edəcək.
 
Çavuşoğlu əlavə edib ki, Türkiyənin Qətərdə yerləşdirdiyi hərbi baza və ora hərbilərin göndərilməsinin məqsədi birbaşa Qətərlə əlaqəsi yoxdur və yalnız regionun sabitliyinə tövhə vermək məqsədi daşıyır.
 
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir bazar ertəsi Qətəri terrorçu qrupların dəstəkləməkdə ittiham edərək, ölkə ilə diplomatik, nəqliyyat və iqtisadi münasibətləri kəsiblər. Qətər bunu inkar etsə də, əlavə olaraq bir neçə digər ölkə də münasibətləri dayandırıb.
 
Türkiyə Qətərlə bağlı bu ittihamların həqiqətə uyğun olmadığını və Qətərə dəstək göstərməyə davam edəcəyini bildirib ("Amerikanın səsi").
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook