SON XƏBƏR

Ərdoğan "Ərdoğannamə"ni satışdan yığışdırdı

Aprel 13
07:46 2017
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində yazılmış  "Ərdoğannamə" şeir kitabının satışdan və yayımdan yığışdırılması barədə göstəriş verib. 
 
Teleqraf.com "haberturk"ə istinadən xəbər verir ki, Ərdoğan kitabda inanc və mədəni dəyərlərə cavab verməyən şeirlərin yer aldığını bildirib. 
 
Prezidentin vəkili Hüseyin Aydın artıq nəşriyyatlara məktub göndərib. Məktubda qeyd olunub ki, "Ərdoğannamə" şeir kitabında prezidentin şəninə yer alan şeirlər Ərdoğanı mütəəssir edib.
 
Qeyd edək ki, kitabdakı bəzi şeirlərdə Ərdoğan müqəddəs varlıq kimi təqdim edilib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook