SON XƏBƏR

Ərdoğan "ən çox sevilən dünya lideri" seçildi

Mart 12
15:22 2019
ABŞ-ın Vaşinqton İnstitutu tərəfindən Küveyt xalqı arasında aparılan sorğuda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "ən çox sevilən dünya lideri" titulunu qazanıb.

Küveyt qəzeti nəticələri "Küveytlilər Trampa əsəbiləşir, Ərdoğanı sevir” başlığı ilə gündəmə gətirib.
Xəbərdə küveytlilərin ABŞ prezidenti Donald Trampa verdiyi səsin 5% olduğu halda, Ərdoğanın 64% səs yığdığı bildirilib.

Aznews.az bildirir ki, nəticələrə görə, xarici liderlər arasında Ərdoğandan sonra ikinci yer 49% səslə Çin prezidenti Şi Cinpingə nəsib olub.

Rusiya prezidenti Vladimir Putinin Trampla eyni səs yığması da diqqət çəkib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook