SON XƏBƏR

Ərdoğan Bakıya niyə gəlir? 4 mühüm məqam

Avqust 19
00:06 2017
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək planlara bir daha göz gəzdirmək üçün gəlir.

Bu sözləri Türkiyə prezidentinin Bakıya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.
 
Politoloq səfərin aktuallığını artıran məqamlara toxunub:

"Birincisi, Bakı-Tiflis-Qars dəmiryolu tamamlanıb.
 
İkincisi, Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq boru xətlərinin inşaatı sürətlə gedir. Üstəlik, Türkiyə bu layihədə Türkmənistanın iştirakını da arzulayır.
 
Üçüncüsü, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidinə ehtiyac var.
 
Dördüncüsü, Fətullah Gülənin vaxtilə xarici ölkələr içərisində ən güclü şəbəkəsi Azərbaycanda idi, aparılan tədbirlər nəticəsində qol-qanadı qırıldı, ancaq nəfəs aldığına dair Ankaranın şübhələri ola bilər. Fikrimcə, Ərdoğan əməkdaşlıqdakı sadalanan istiqamətləri müzakirə etmək, mövcud durumu dəyərləndirmək və gələcək planlara bir daha göz gəzdirmək üçün Bakıya gəlir”.
 
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan sentyabrın 10-11-i Azərbaycana gələcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook