SON XƏBƏR

Ərdoğan Almaniyada Angela Merkeli məyus etdi

İyul 07
11:20 2017
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G-20-liyin zirvə görüşündə iştirak etmək üçün səfər etdiyi Almaniyanın Hamburq şəhərində jurnalistlərin suallarını cavablandırıb.
 
"Qaynarinfo" xəbər verir ki, Almaniya kansleri Angela Merkelin qaçqın məsələsində tutduğu mövqeyə münasibət bildirən Ərdoğan bunun yanlış olduğunu ifadə edib.
Onun sözlərinə görə, dünyada qaçqın problemi qısa, orta və uzun müddətli planlarla həll edilməli, ən əsası da dünyada sülhun təmin olunması istiqamətində işlər görülməlidir: "Qısa müddətdə beynəlxalq həmrəylik və yardımlaşmanı təsis etməliyik. Daha sonra isə insanları köçə məcbur edən əsas səbəbləri ortadan qaldıracaq addımlar atılmalıdır. Hündür sərhəd divarları və tikanlı məftillərin arxasında gizlənərək dinclik axtarmaq səhvdir. Qaçqınların faciələrini görməməzlikdən gələrək, bu insanları kənara atıb, lagerlərə məhkum etməklə problemin həll edilmədiyi onlara aydın olmadımı? Təkrar bu məsələləri müzakirə edəcəyik". 
 
Ərdoğan böyük ölkələrin terrorla bağlı siyasətini də tənqid edib: "Fərqli səbəblərlə terrora müxtəlif cür yanaşmaq, əli qanlı canilər arasında ayrı-seçkilik etmək səhvdir. Terrora hər hansı bir dəstək verməklə ondan xilas olmaq olmaz. Heç kimin qısa müddətli şəxsi maraqlarına görə, gələcəyimizi təhlükə altına almağa haqqı yoxdur". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook