SON XƏBƏR

Ərdoğan açıqladı: "Fərat qalxanı" davam edir

Aprel 05
00:14 2017
"Fərat qalxanı” əməliyyatının 2-ci və 3-cü mərhələləri olacaq.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV-yə açıqlamasında deyib.
 
"Bu məsələnin İraq tərəfi də var. Telafer, Sincar, Mosul şəhərlərində soydaşlarımız yaşayır. Türk əsgərlərinin Ninova Mühafizlərinə təlimi davam edir. Hərbi bazamız Mosula çox yaxındır. Orada 700-ə yaxın hərbçimiz var. Digər məsələ isə burada Haşdi Şabi terror qruplaşması bağlıdır. İraq parlamentində bu qruplaşmanın terror təşkilatı olmadığı bildirilir. Biz dəfələrlə bu qruplaşmanın təhlükə yaradacağını demişik. Telaferdə ikinci Qəndil yaratmaq cəhdləri göstərilir”, - Türkiyə lideri bildirib.
 
Ərdoğan onu da əlavə edib ki, İraqda fars millətçiliyi geniş vüsət alıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook