SON XƏBƏR

Ərdoğan: "ABŞ-ın ədalətinə nə inanır, nə də hörmət edirəm"

Yanvar 10
14:59 2018
"Dövləti ədalət, təhlükəsizlik, sağlıq və təhsil prinsipləri ilə idarə etməyi əsas götürdük”.
 
"Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət Şurasının toplantısında bildirib.
 
"Peyğəmbər həzrətləri buyurmuşdu: "Allah ədalətli olanları sevər”. Dövləti idarə edənlərin birinci vəzifəsi ədalət qoruyub saxlamaqdır. Bizim mədəniyyətimiz ədalət üzərində qurulub. 2015-ci il iyulun 15-də dövlət çevrilişinə cəhd günü və səhərisi dünyanın ədalətini gördük. Türkiyədən qaçıb gedən o məlum terrorçunu ABŞ-da bəsləyən şəxslərdən onun bizə təhvil verilməsini istəyəndə bundan imtina edirlər. Amma 15 il ərzində onlar bizdən 12 terrorçunun təhvil verilməsini istəmişdilər və biz onları təhvil vermişdik. Bütün dosyeləri göndərmişik. Onlar hüquqa, qanuna zərrə qədər hörmət etmirlər. Siyasi qərarlarla Türkiyəyə meydan oxumaq yolunu tutublar. Mən bu məsələdə fərqli mövqedəyəm. Mən onların ədalətinə qəti olaraq nə inanır, nə də hörmət edirəm”, - o vurğulayıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook