SON XƏBƏR

Ərdoğan ABŞ-a səfər edəcək

Aprel 19
11:03 2017
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək.

Trend-in məlumatına görə, R.T.Ərdoğanın Birləşmiş Ştatlara rəsmi səfəri ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı zamanı razılaşdırılıb.

Tərəflər səfərin vaxtını və proqramını müəyyənləşdirmək üçün yaxın vaxtlarda işə başlayacaqlar.

İlkin məlumata əsasən, səfər mayın sonlarında baş tutacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp R.T.Ərdoğana zəng edərək referendumun nəticələri ilə əlaqədar təbrik etmişdi. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook