SON XƏBƏR

Ən çox pambıq toplayan rayonların adı açıqlandı – Saatlı ilk yerdə

Dekabr 25
17:32 2018
Dekabrın 25-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 229 min 144 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz çox pambıq tədarük olunub.

Hazırda ölkə üzrə ən çox pambıq tədarük edən rayonlar bunlardır: "Saatlıda 15 min 815 hektardan 30 min 119 ton, Bərdədə 9 min 630 hektardan 25 min 105 ton, Ağcabədidə 10 min hektardan 22 min 935 ton, Biləsuvarda 12 min hektardan 21 min 839 ton, Beyləqanda isə 9 min 560 hektardan 21 min 425 ton məhsul toplanıb”.

Komitə məlumatda dahah sonra qeyd edir ki, hazırda pambıq yığımı davam edir.
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook