SON XƏBƏR

Çempionlar Liqası: Bu gün yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək

Aprel 24
10:30 2018
Çempionlar Liqasında (ÇL) yarımfinal həyəcanı başlayır

Bu gün mərhələnin ilk oyunu keçiriləcək.

İngiltərə "Liverpul”u İtaliya "Roma”sı ilə üz-üzə gələcək.

ÇL tarixinin ən uğurlu komandalarından sayılan "Liverpul” 10 ildən sonra yarımfinal həyəcanı yaşayacaqsa, "Roma” buna qədər birinci və sonuncu dəfə 1984-cü ildə bu mərhələdə çıxış etmişdi. Maraqlıdır ki, onda finalda məhz bu iki komanda qarşılaşmış və Romadakı görüşdə kuboku penaltilər seriyasından sonra ingilislər qazanmışdılar.(Virtualaz.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook