SON XƏBƏR

Emmanuel Makron: NATO-nun “beyin ölümü keçirdiyini” deməklə Alyansı oyandırmağa çalışdım

Noyabr 29
02:39 2019
Fransa prezidenti Emmanuel Makron NATO-nun "beyin ölümü keçirdiyi” sözlərinə aydınlıq gətirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunun hərbi alyansın oyanışı üçün faydalı siqnal ola biləcəyinə inandığını söyləyib.

"Mənim soruşduğum suallar hələ həllini tapmayan açıq məsələlərdir”,-deyə Fransanın dövlət başçısı NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında bildirib.

"Avropada sülh, Orta və Kiçik mənzilli raketlərin ləğvi haqqında sazişə (1987-ci ildə ABŞ və Rusiya arasında imzalanıb-red) xitam verildikdən sonra yaranan situasiya, Türkiyə məsələsi...İndi düşmən kimdir? Ona görə də deyirəm ki, bütün bu problemlər həll olunmadan, gəlin hərbi məsrəfləri ortaq şəkildə qarşılamaq barədə bütün müzakirələri dayandıraq. Ya bunu danışaq, ya da o birisini....”,- deyə Franasanın dövlət rəhbəri söyləyib.

Makron bu siqnalın hər kəsə çatdığına ümid etdiyini də vurğulayıb.

"Mən hər kəsə niyyətimizi bəlli etdim və sevinirəm ki, hamı ən çox nəyin düşünülməsi lazım olduğunu bilir. Bu da bizim strateji hədəflərimizdir”,-deyə Fransa lideri qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook