SON XƏBƏR

Emma Ələkbərzadə "Riviera” restoranında zəhərləndi

Mart 21
14:23 2019
Müğənni Emma Ələkbərzadə zəhərlənib. 

Qlobal.az xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında yazaraq özü məlumat verib. O bildirib ki, Bakıda getdiyi Bayıl ərazisində yerləşən "Riviera” restoranında zəhərlənib. Sənətçi yediyi salatdan sonra halının pisləşdiyini bildirib:

"Bayılda "Riviera" restoranında qızardılmış balıqdan hazırlanan salat sifariş verdim. Nəticədə zəhərləndim. İllər əvvəl də orada salatdan zəhərlənmişdim. Düşündüm zaman keçib, çox şey dəyişib. Ancaq yox! Onlar məni çox yaxşı tanıyırlar, ancaq yenə də keyfiyyətsiz yemək veriblər”.
 
İfaçı izləyicilərinə bir daha həmin restorana getməmələrini deyib. Emma bayramdan sonra məkana gedib, şikayət edəcəyini söyləyib.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook