SON XƏBƏR

Emin musiqi şirkətini 25 milyon dollara satdı

Mart 29
15:23 2021
Xalq artisti Emin Ağalarovla müğənni Bəxtiyar Əliyev (Bahh Tee) təsis etdikləri "Zhara Music” leyblını satıb.

"Qafqazinfo” xəbər verir ki, sözügedən musiqi şirkətini  "Warner Music Group” satın alıb. Bundan sonra səsyazma etiketi Amerikanın "Atlantic Records” şirkətinin Rusiya şöbəsi kimi fəaliyyət göstərəcək. 

Rusiyanın MUZ TV kanalı bu razılaşmanı ölkənin musiqi sənayesi tarixindəki ən iri müqavilələrdən biri olaraq dəyərləndirib. "People Talk” teleqram kanalına görə, "Zhara Music” 25 milyon dollara satılıb.

Xatırladaq ki, "Zhara Music” 2018-ci ildə yaradılıb. Etiketdə Emin Ağalarov, HammAli və Navai, Rauf və Faik, Jony və bir çox populyar sənətçilər yer alıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook