SON XƏBƏR

Emin Milli: DAHA REAL BAXIŞLARIM FORMALAŞIR

May 10
10:56 2019
on zamanlar Azərbaycan hakimiyyəti haqqında pozitiv fikirlər açıqlayan Meydan TV -nin qurucusu, mühacir jurnalist Emin Milli müxalif kəsimin sərt tənqidləri ilə üzləşib. Bu mövqeyinə görə hətta təhqirlərə məruz qalan Emin Millinin hakimiyyətə satıldığı iddia edilir.

Gununsesi.org xəbər verir ki, Emin Milli ilk dəfə olaraq bu ittihamlara cavab verib. Onun qeydlərini təqdim edirik:

Mənim Azərbaycanın durumu və bu siyasi durumdan necə çıxa biləcəyimiz haqqında baxışlarım dəyişir. Daha real və daha konservativ baxışlarım formalaşır.

Mənim təhsilim, çoxtərəfli həyat təcrübəm, müxalifətin keyfiyyətsizliyi və gücsüzlüyü, xalqın neytrallığı və susqunluğu, hakimiyyətin güc reallığı, geosiyasi proseslər də fikirlərimə və baxışlarıma təsir edir.

Azərbaycanda azadlıq və demokratiya uğrunda mübarizədə Meydan TV kimi iş qoyub gedirəm.

Məni bu günlərdə təhqir edənlər də, fikirlərimi təhrif edərək tənqid edənlər də, bu fikirləri bəyənənlər də ümid edirəm ki, bir gün bu qədər uğurlu iş görüb vaxtında kənara çəkilməyi oyrənərlər. Bunu bacarsalar prosesə daha çox töhfə vermiş olarlar.

Azərbaycanda islahatların getdiyini heç vaxt iddia etməmişəm. Son zaman hakimiyyətin atdığı müsbət addımlara islahat kimi də baxmıram.

Amma çox ümid edirəm ki, hakimiyyət öz marağları və ehtiyclarını düzgün qiymətləndirərək iqtisadi açılıma gedər.

Bu fikirlərim və ümidlərim insan haqqlarının pozulmasını müdafiə etmə anlamına gəlmir.

Əksinə, mən hesab edirəm ki, iqtisadi açılım gələcəkdə siyasi dəyişikliklərin bünövrəsini təşkil edəcək, orta təbəqənin formalaşmasına kömək edəcək. Amma bu proses 20-30-50 il çəkə bilər.

Dostlar bir incə məqamda məni anlamırlar. Mən özüm çox istəyirəm ki, Azərbaycan Almaniya modelində bir respublika olsun, amma bu gün bu real deyil.

Reallıqda biz "developmental state” yolunu getsək, biz bir gün gələcəkdə istədiyimiz demokratik modeli qura bilərik. Vətəndaş cəmiyyəti isə istənilən halda susmamalıdır, daha aktiv olmalıdır. Burda da bir ziddiyət görmürəm.

Biz heç bir ölkənin inkişaf modelini tam kopiyala bilmərik. Biz tam iqtisadi açılıma getməliyik və siyasi sistem isə indikindən daha açıq olmalıdır.

Bu real olaraq hamının marağında ola bilər, reallaşa bilən bir model olar. Bütün modelləri öyrənib özümüzə real olaraq uyğun olanı qəbul etməliyik.

Hal-hazırda Almaniyada işsiz bir adamam. Bakıya qayıtmaq fikirim yoxdur. Orda özümü təhlükəsiz hiss edə də bilmərəm. Başqa heç bir işim və gəlirim də yoxdur.

Mən hər zaman bu cəmiyyətə, bu dövlətə, bu xalqa xeyir vermişəm və bundan sonra da bunu edəcəm. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook