SON XƏBƏR

Əməkdar artist Qubaya getmək istədi, polislərlə dalaşdı

Sentyabr 07
11:40 2020
Ölkə ərazisində karantin səbəbilə bir neçə aydır ki, Bakıdan digər rayonlara gediş-gəlişdə məhdudiyyətlər var.

Qlobal.az-ın mediapost-a istinadən məlumatına görə, ötən günlərdə Əməkdar artist Ruhəngiz Allahverdiyeva sözügedən məhdudiyyətləri nəzərə almayaraq Qubaya yollanmaq istəyib. Lakin onun bu arzusu baş tutmayıb.

Sənətçini Bakı-Quba yolunda yerləşən postdan geri qaytarıblar. O buna etiraz edib polislərlə mübahisə yaratsa da, R.Allahverdiyevanın cəhdləri uğursuzluqla nəticələnib.

Qeyd edək ki, bundan öncə də Əməkdar artist Elnarə Abdullayeva bölgələrin birinə yollanmaq istəyib, amma geri qaytarılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook