SON XƏBƏR

Elxan Usubovun Şəkidəki villaları - FOTOLAR

Mart 08
12:28 2016
Yaxın keçmişdə dünyanın ən böyük ipəkçilik və toxuculuq sənayesi mərkəzlərindən biri olmuş Şəki şəhərinin əhalisi indi dolanışığın ağırlığından, işsizlikdən əziyyət çəkir. Demək olar ki bütün sənaye müəssisələrinin fəaliyyəti dayanıb. Və bu müəssisələrin nə vaxtsa işləyəcəyinə də artıq ümid yeri yoxdur. Bütün şəhər yalnız büdcə hesabına dolanır. Yanvarın sonunda büdcə təşkilatlarında müvəqqəti iş yerləri açıldı. Məsələn, süpürgəçi və s. Lakin bircə dənə sənaye müəssisəsinin fəaliyyəti bərpa edilmədi. İşsizliyi aradan qaldırmaq, iqtisadiyyatı dirçəltmək, əhalinin rifahını az da olsa yaxşılaşdırmaq istiqamətində hökumətin heç bir iş görmədiyini görən adamlar, indi yalnız bir şey düşünürlər: açıq etiraz! Bu aksiyanın isə 1 may – Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik günü baş tutacağı gözlənilir...
 
Bu arada Şəkinin İH başçısı Elxan Usubovun vəzifəsinin böyüdüləcəyi barədə şayiələr yayılıb. Onun nazir postuna yüksələcəyini deyənlər də var, daha böyük rayona icra başçısı gedəcəyini, məsələn, konkret olaraq Binəqədi rayonuna gedəcəyini iddia edənlər də. Guya fərman da artıq hazırdır. Biz isə Elxan Usubovun Şəkidəki yarıtmaz fəaliyyətinə görə Şəki İH başçısı vəzifəsindən birbaşa təqaüdə göndəriləcəyini düşünürük. Şəki zəhmətkeşləri 1 may əhval-ruhiyyəsində Elxan Usubov Şəkidən əvvəl kiçik bir rayonun – Ağstafanın, İH başçısı olmuşdur. Həmin rayonda xariqələr yaratdığını yox, yalnız ondan çoxlu narazılıqlar eşitmişdik. Şəki İH başçısı olduqda isə onun sadə iş metodunun incəliklərini başa düşdük və fəaliyyətini belə qiymətləndiririk: Şəkidə Elxan Usubov kimi ziyankar və qəddar İH başçısı olmayıb!
 


Orta əsrlərdə filan vilayəti hansı vali idarə edir? – deməzdilər, deyərdilər filan vilayəti kim yeyir? İndi də deyəsən, belə deyə bilərik. Elxan Usubov Şəki İH başçısı olduqdan sonra ayda cəmi bircə dəfə Şəkidə olur. Şəkidə olmadığı müddətdə onun vəzifəsini Ağstafadan gətirdiyi "kassir"i Nizami İsmayılov icra edir. Məlumat üçün əlavə edək ki, bu şəxs kriminal aləmin nümayəndəsidir – 5 il həbsdə yatıb.
 
Tezadlar.az xəbər verir ki, Elxan Usubov Şəkiyə İH başçısı təyin olunan kimi 4 sənaye müəssisəsini sökülməsinə qərar verdi: guya ki həmin müəssisələrin yeri İH binasının tikilməsi üçün ən münasib yer imiş?! Daha sonra ipəkçilik və toxuculuq sənayesini məhvinə nail oldu. Kərpic zavodu dayandı, şərab zavodu işləmədi, ət kombinatının, konserv zavodunun qapıları açılmadı. Sənayenin ağır vəziyyəti Elxan Usubovu əsla maraqlandırmır, ona elə gəlir ki, istismara tam yararlı olan bu müəssisələrin dayanmasına görə o, cavabdeh deyil?! İH başçısının vəzifəsi ayda bir dəfə gəlib, 937 manat maaşını və "dolya"sını alıb getməkdir, vəssalam.
 


Elxan Usubov Şəkiyə İH başçısı təyin olunuqdan sonra yaşıllıqlara qənim kəsildi. Şəhərin tarixi görünüşünə dəhşətli dərəcədə zərbə vurdu. Fizuli adına və Axundov adına parkları Mədəniyyət şöbəsinin balansından çıxardaraq, kommunal təsərrüfat idarəsinin balansına verdi. Axundov prospekti boyu bütün ağacları kəsdirdi, Pyotr Babayev adına parkı yerlə yeksan etdirdi, tarixi abidələrin qarşısında müasir üslublu tikililər tikdirdi!
 
Aşağdakı şəkildə ortadkı bina ötən il tikilib. Fasad qaya daşından üzlüklə işlənib. Bu Şəkinin tarixi memarlıq üslubuna ziddir.
 
Bildiyiniz kimi dünyanın hər yerində avtomobil yollarının işıqlandırılması üçün projektor tipli fanarlardan istifadə olunur. Yəni işıq yuxarıdan avtomobil yoluna istiqamətləndirilir. Elxan Usubov isə avtomobil yollarının işıqlandırılması üçün dünyada ilk dəfə olaraq projektor əvəzinə parklar üçün nəzərdə tutulmuş şariklərdən istifadəyə qərar verdi. Nəticədə avtomobil yollarının kənarındakı fanarların işığı yola istiqamətlənmir, sürücülərin gözünə düşür. Yollardan söz düşmüşkən, Şəkidə bütün yolların asfaltı yamaq-yamaqdır... Elxan Usubov ona qarşı azacıq müxalifətdə olanları ən qəddar metodlarla məhv etməkdən çəkinmir. Məsələn, Bayram Mahmudov adlı bir qocaman kimsəsiz ziyalı, vardı, hərdən tənqidi yazılar yazırdı. Bir gün infarkt keçirir, lakin şəhər xəstəxanası onu evə yazır və gecə evdə dünyasını dəyişir. O cümlədən, Elxan Usubov "İpəkçi" qəzetinin fəliyyətinin dayandırılması üçün də göstərişlər vermişdir...
 


İndi isə keçək Elxan Usubovun Şəkidəki villalarına. Bizdə olan məlumata görə Elxan Usubovun Şəkidəki bütün obyektləri İH-nin hüquq şöbəsinin müdiri Əhmədiyyə Bəşirovun həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Elxan Usubovun olması iddia edilən dəbdəbəli villaların sayının 5-dən çoxdur. Biz onlardan yalnız 2-nin şəklini çəkdik. Birincisi bir neçə hektar ərazini tutur...
 
Bu isə Şəki İH binasının qabağı. Çayın içinə diqqət yetirin, neçə illərdir ki, su bəndi deşərək altından axır və divarların binövrəsini yuyur.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook