SON XƏBƏR

Elxan Məmmədovun möcüzə arzusu

Mart 31
10:21 2017
Azərbaycan kuboku uğrunda yarış sona yaxınlaşmaqdadı.

Sport7.az xəbər verir ki, yarımfinalın ilk oyunlarından sonra finalda hansı komandaların qarşılaşacağını təxmin etmək çətin deyil. Premyer Liqada liderlik edən "Qarabağ"la "Qəbələ" Naxçıvanda keçirilməsi gözlənilən final oyununun iştirakçısı olacaq. İndi buna çox az adamın şübhəsi var.

Heç də yaxşı günlərini yaşamayan "İnter"in "Qəbələ"yə müqavimətsiz təslim olması bir qədər gözlənilməz oldu. Maddi sıxıntılardan əziyyət çəkən, gələcəyi qeyri-müəyyən olan "bankirlə" 2-cü hissədə ümumiyyətlə, meydanda varlıq göstərə bilmədilər. Hərgah ki, millinin düşərgəsindən yorğun qayıdan futbolçular "Qəbələ"nin heyətində üstünlük təşkil edirdi və düşünmək olardı ki, Qriqorçukun yetirmələri daha çox məğlub olmamağa çalışacaqlar. Amma Subotiçin iki vacib qolu Qəbələdəki oyun öncəsi bir çox suallara aydınlıq gətirdi.

Yubiley ilini titulla başa vurmaq istəyən "Neftçi"nin doğma meydanda "Qarabağ"a asanlıqla təslim olması isə əsl sürpriz idi. "Köhlən atlar"ın heyətlə bağlı yetərincə ciddi problemləri var idi. Əsas heyətin əksər üzvlərinə istirahət verən Qurban Qurbanov "çərçivə"ni Şahrudinə, müdafiənin cinahını Qaraya, mərkəzini isə Elvin Yunuszadəyə tapşırmaqla böyük risk etmişdi. Amma zaman və oyunun nəticəsi sübut etdi ki, "Qarabağ" hazırda əsas heyət üzvləri olmadan belə "Neftçi"dən bir-neçə baş üstündü. Cavab oyununda "Neftçi"nin "Qarabağ"a 3 top fərqi ilə qalib gələcəyi heç də inandırıcı deyil. Baxmayaraq ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev finala yüksələcəklərinə əminliyini ifadə etməyə çalışırdı.

Öz növbəmizdə bildirək ki, bunun adı möcücə olar, Elxan bəy. "Neftçi" isə o möcüzəni gerçəkləşdirəcək gücə sahib deyil!

Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
30 mart

"Neftçi” – "Qarabağ” - 0:2
Qollar: Muarem, 14, Dino Ndlovu, 29
 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
"Bakcell Arena"

"Neftçi”: 33. Boban Baykoviç, 6. Pavel Dreksa, 9. Uqo Barqas, 10. Cavid İmamverdiyev (k), 11. İqnasio Herrera Fernandes, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 25. Kiril Petrov, 27. Məqsəd İsayev, 29. Georgi Navalovski, 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Jayro Rodriges, 8. Zdenek Folprext, 12. Daniel Seqovia, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Mahir Şükürov

Baş məşqçi: Elxan Abdullayev
 
"Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Markos Madera, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 11. Mahir Mədətov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 71. Vüqar Nadirov, 77. Elşən Abdullayev
Baş məşqçi: Qurban Qurbanov
 
"İnter” – "Qəbələ” - 1:3
Qollar: Adrian Skarlatake, 18 - Daniel Subotiç, 15 (p.), 47, Filip Ozobiç, 88 (p.)

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
"İnter Arena”

"İnter”: 13. Orxan Sadıqlı, 22. İlkin Qırtımov, 3. Denis Silva, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 19. Mirhüseyn Seyidov, 8. Nizami Hacıyev (k), 88. Məmməd Quliyev, 10. Elnur Abdullayev, 4. Slavik Alxasov, 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 14. Zurab Xizanişvili, 65. Cabir Əmirli, 20. Aqşin Quluzadə, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 99. Ricat Qarayev

Baş məşqçi: Zaur Svanadze

"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov

Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 5. Rasim Ramaldanov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov 

Baş məşqçi: Roman Qriqorçuk


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook