SON XƏBƏR

Elxan Məmmədov: "Qurban Qurbanov ilin məşqçisi adına daha layiqlidir"

Dekabr 08
12:58 2016
"2016-cı ilin ən yaxşı baş məşqçisi adına Qurban Qurbanov daha çox layiqdir". 
 
"Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O, "Qarabağ"ın baş məşqçisini Azərbaycan yığmasına rəhbərlik edən Robert Prosineçki ilə müqayisə edib. Baş katibin fikrincə, R.Prosineçki hazırda yol gedirsə, Q.Qurbanov bu yolun sonundadır. 
 
AFFA rəsmisi Azərbaycan komandalarının sabit çıxış etməyə başladıqlarını da vurğulayıb: "Bu gün sevindirici haldır ki, komandalarımız müsbət mənada sabit nəticələr göstərir. Artıq "Qarabağ" və "Qəbələ" qrup mərhələsində çıxış edir, əsas millimiz seçmə mərhələdə yaxşı nəticə göstərir, futzal millimiz ilk dəfə qatıldığı dünya çempionatında 1/4 finaladək irəliləyib. Ən böyük arzumdur ki, "Qarabağ" Avropa Liqasının 1/16 final mərhələsinə yüksəlsin". 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook