SON XƏBƏR

Elşad Abdullayev Fikrət Hüseynlini fırıldaqçı və dələduz adlandırıb - Qalmaqal

Oktyabr 16
01:31 2017
Fransada mühacir həyatı yaşayan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev jurnalist Fikrət Hüseynlinin həbs olunmasına münasibət bildirib.
 
Musavat.com-un məlumatına görə, eks rektor Fikrət Hüseynlini fırıldaqçı və miqrant alverçisi adlandırıb. Həmçinin o, "Fikrət Hüseynlini müxalifətçi pərdəsi adı altında Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar şəbəkənin yanında gördük, onun tərəfində oldu" cümləsini yazıb.
 
Daha sonra eks rektor mövqeyini bu cür ifadə edib:"Biz hesab edirdik ki, Fikrət Hüseynli Avropaya mühacirət edəndən sonra Bakıdakı pis vərdişlərindən əl çəkər.
 
Lakin Avropadakı müşahidələrimizdən bizə bəlli oldu ki, o, Bakıdakı pis əmməllərindən nəinki əl çəkib, əksinə, daha sosial təhlükəli cinayətlər edir".
 
E.Abdullayev həmçinin Fikrət Hüseynlini Facebook "pəhləvanı" adlandıraraq, onu ayrı-ayrı adamlara qara yaxmaqda suçlayıb: "...bu adamdan Avropada Azərbaycansayağı sifarişli qarayaxmadan və reketçilikdən başqa heç bir şey görmədim. Hanı Fikrət Hüseynlinin analtik jurnalist araşdırmaları? Birini göstərə bilərmi?
 
Ola bilməz. Adamın başı reketçiliyə və miqrant alverinə qarışıb".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook