SON XƏBƏR

Elmira Süleymanovanı bu deputat əvəzləyə bilər - İDDİA

Mart 21
06:18 2019
Bir neçə gün öncə mətbuatda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın yaxın günlərdə istefaya gedəcəyi barədə məlumatlar yayılıb.

Həmin məlumatda önümüzdəki günlərdə ölkə rəhbərliyinin E.Süleymanovanın yerinə yeni təyinatla bağlı təklif verəcəyi bildirilir.
 
Məsələ ilə bağlı Qlobal.az etibarlı mənbədən məlumat əldə edib. 
 
Məlumata görə hakimiyyətin insan hüquqları üzrə müvəkkili vəzifəsinə namizəd kimi təqdim edəcəyi şəxslərdən biri də böyük ehtimalla deputat Kəmaləddin Qafarov ola bilər.
 


K. Qafarov Milli Məclisin ən fəal deputatlarından hesab olunur. 
 
Uzun illərdən bəri Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini olan K. Qafarovun rus və türk dillərini bildiyi qeyd olunur.
 
Məlumata görə Kəmaləddin Qafarovun hakimiyyətin ali instansiyasında müsbət reputasiyaya malik olması onun rəqiblərini xeyli vaxtdır ki, narahat edir. Deputatın adının zaman-zaman ölkə mediasında "dərman monopolisti" kimi çəkilməsinin arxasında da onu istəməyən qüvvələrin dayandığı iddia edilir.
 
Əldə etdiyimiz xəbərdə vurğulanır ki, bu kimi xəbərlər "yuxarıların" deputata olan inamını sarsıtmayıb. Əgər yaxın günlərdə reallaşdırılması gözlənilən Ombudsman vəzifəsinə Kəmaləddin Qafarov namizəd göstərilərsə bu hakimiyyətin son zamanlar apardığı kadr siyasətinin ən uğurlu təyinatlarından biri ola bilər,deyə mənbə bildirir.
 
Xatırladaq ki, mətbuatda yayılan məlumatlara görə İnsan hüquqları üzrə müvəkkil vəzifəsinə Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə Konstitusiya Məhkəməsinin keçmiş sədri Xanlar Hacıyev də namizəd göstərilə bilərlər.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook