SON XƏBƏR

Elmar Məmmədyarov Moskvaya gedir –XİN Lavrovun səfərini də təsdiqlədi

Noyabr 14
15:59 2017
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın xarixi işlər naziri Sergey Lavrovun Bakıya gələcəyini təsdiqləyib

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, S.Lavrov noyabrın 20-də Azərbaycanda səfərdə olacaq.

H.Hacıyev deyib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək. Səfər əsnasında Moskva şəhərində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook