SON XƏBƏR

Elmar Məmmədyarov Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif Əl-Zəyani ilə görüşüb

Oktyabr 19
13:14 2017
Görüşdə Azərbaycan ilə Körfəz Əməkdaşlıq Şurası və üzv dövlətlərlə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin institusional əsasda inkişafı üçün mühüm çərçivə rolu oynadığı diqqətə çatdırılıdı.
 
XİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, son dövrlərdə Azərbaycana Körfəz Əməkdaşlıq Şurası ölkələrindən Azərbaycana gələn turistlərin sayının artması və birbaşa avia reyslərin açılması müsbət inkişaf kimi xüsusi olaraq qeyd olundu və bu istiqamətdə birgə səylərin daha da artırılmasının vacibliyi vurğulandı.
 
19-20 oktyabr 2017-ci il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağına əminlik ifadə olundu.
 
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook