SON XƏBƏR

Elmar Məmmədyarov Çinə gedib

Sentyabr 17
11:36 2018
Xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun 18-20 sentyabr 2018-ci il tarixində Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çində işgüzar səfərdədir.

XİN-dən virtualaz.org-a verilən məlumata görə, Elmar Məmmədyarov "Avrasiyada inklusiv rəqəmsal inkişaf" adlı paneldə çıxış edərək inklusiv və davamlı inkişaf baxımdan ölkəmizin əldə etdiyi nailiyyətləri və təcrübəsi barədə danışacaq.

Səfər əsnasında Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook