SON XƏBƏR

Elmar Məmmədyarov Avstriyaya getdi

Dekabr 06
08:48 2017
Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb.
 
XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və ATƏT-in Nazirlər Şurasının dekabrın 7-8-də keçiriləcək 24-cü iclasında iştirak edəcək.
 
ATƏT-in Nazirlər Şurasının iclasında Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook