SON XƏBƏR

Elmar Məmmədyarov ATƏT PA yanında İtaliya nümayəndə heyəti sədrini qəbul edib

Mart 07
09:16 2019
Xarici işlər naziri Elmar MəmmədyarovBakıda səfərdə olan ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul edib.

Azərbaycanda ilk dəfə səfərdə olduğunu qeyd edən Paolo Qrimoldi Azərbaycan haqqında təəssüratları ilə bölüşdü və səfər çərçivəsində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, turizm və digər sahələrdə münasibətlərin hazırki vəziyyəti müzakirə edildi, xüsusilə enerji sahəsində əməkdaşlığın mövcud əlaqələrin inkişafına yeni təkan verəcəyi qeyd olundu. İkitərəfli əlaqələrin inkişafında Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulandı.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook