SON XƏBƏR

Elmar Məmmədyarov: "2020-ci ildə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatacaq"

Mart 13
12:19 2018
"Burada çox gözəl fikir səsləndirildi ki, qızıl kiçik olsa da, dəyəri böyükdür. Azərbaycan da kiçik ölkədir və bizim okeana çıxış yolumuz yoxdur. Bu baxımdan İpək Yoluna Dəstək Qrupu düşünürəm ki, çox yaxşı təşəbbüsdür”.
 
Musavat.com xəbər verir ki, bu fikri ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib.
 
O həmçinin bildirib ki, bu qrup ATƏT-ə üzv dövlətlərin əməkdaşlığını vacib sayır: "Bu istiqamətdə atılan addımları müsbət qarşılayıram. Bu qrup fəal olmalıdır, böyüməlidir. Bu platforma regional nəqliyyat layihələrinə töhfə verə bilər. Azərbaycan son illərdə qeyri-neft sektorunda önəmli addımlar atıb. Gələcək əməkdaşlıq üçün nəqliyyat infrastruktunu inkişaf etdirməliyik. Azərbaycan özünü doğruldub, ölkədə siyasi sabitlik var. Bu, iqtisadiyyatın inkişafına təkan verir. Azərbaycan həmçinin nəqliyyat layihələrinin də mərkəzində yerləşir. Layihələrin icrası üçün dayanıqlı siyasi və makroiqtisadi sabitlik təmin olunmalıdır. Qeyd etdiyim kimi, Azərbaycan bu sahədə artıq özünü doğruldub. Ticarət, logistika sahəsində də bunu etməliyik. Biz yeni və genişlənən Bakı limanı ətrafında bunu edirik. Məqsədimiz Azərbaycanı yeni logistika qovşağı kimi təbliğ etmək, Avropa və Asiya arasında ticarəti təşviq etməkdir. Biz "İpək yolu”nu yeni alətlər vasitəsi ilə yeniləyirik.
Azərbaycan nəqliyyat sahəsinə böyük yatırımlar edir. Logistika mərkəzləri yaradılır, çalışılır ki, investisiya və biznes mühiti asanlaşdırılsın". 
 
Nazir bildirib ki,Azərbaycan ənənəvi olaraq müxtəlif enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olmasında xüsusi rol oynayır:
 
"Artıq 2020-ci ildə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatacaq. Lakin biz son illər müxtəlif sahələrə diqqət ayırmağa başladıq.
 
Bunlardan biri də nəqliyyat sektorudur. Biz Ələt limanı və onun ətrafında sərbəst iqtisadi zonanı yaratmaqla Azərbaycanın yeni regional ticarət mərkəzinə çevrilməsi üçün işlər görürük. Azərbaycan nəqliyyat sahəsinə böyük yatırımlar edir, logistika mərkəzləri yaradır.
 
Avropa İttifaqı və Çin arasında ticarət dövriyyəsi 500 milyard dollardır. Bu cür layihərin yaradılması isə bu istiqamətdə rəqabəti artırır. Bakı -Tbilisi-Qars dəmiryolu xətti 6-7 milyon ton yük daşıma iqtidarındadır. Bu göstərici 17 milyona qədər artacaq. BTQ ilə həmçinin bir milyon sərnişinin daşınması gözlənilir. Biz bu göstəricini 3 milyon nəfərə çatdırmaq niyyətindəyik. BTQ Avropa və Asiya dəmiryolları şəbəkələrinin birləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook