SON XƏBƏR

Elman Rüstəmov: Bu il Azərbaycanda inflyasiya 3-4 faiz səviyyəsində olacaq

Oktyabr 30
11:56 2018
"Bu ilin ilk 9 ayında ölkədə orta illik inflyasiya 2,6% təşkil edib ki, bu da Azərbaycan Mərkəzi Bankının (AMB) qiymət artımı üzrə hədəf dəhlizindən (6-8%) aşağıdır”. Bunu AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda AMB bu ilin yekununda ölkədə inflyasiyanın 3-4% təşkil edəcəyini proqnozlaşdırır”, - deyə o, qeyd edib.

Ölkənin baş bankiri həmçinin deyib ki, uçot dərəcəsinin gələcəkdə dəyişdirlməsi proqnozlaşdırılan inflyasiyanın elan edilmiş hədəf intervalına uyğunluğundan asılı olacaq.

"Biznes sektorunun inflyasiya gözləntiləri ticarət və xidmət sektorunda qiymət artımı gözləntilərinin azalması hesabına aşağı düşür. İstehlak qiymətlərinin cari dinamikası ev təsərrüfatlarının da inflyasiya gözləntilərinin stabillləşməsini şərtlədirir. Son makroiqtisadi proqnozlar inflyasiyanın bu ilin sonuna 3-4% səviyyəsində qərarlaşacağını göstərir”, - deyə E.Rüstəmov əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook