SON XƏBƏR

Elman Nəsirov: "Bizi söyənlərə mənim qanımdan vurulsa, bəlkə, şəfa taparlar"

Sentyabr 10
15:27 2019
Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, politoloq Elman Nəsirov YAP funksionerlərinin, o cümlədən özünün qanvermə aksiyasında iştirakının sosial şəbəkələrdə tənqid edilməsinə münasibət bildirib.

E.Nəsirov Demokrat.az-a deyib ki, həmin radikal şəxslər bu cür ifadələri səsləndirməklə öz iç üzlərini nümayiş etdirirlər: "Həmin günü mən yorğun olmağıma baxmayaraq, gedib qan vermişəm. Bilirsiniz ki, qan verəndən sonra insan əzgin olur. Bu cür əməlləri təqdir etmək əvəzinə, bəzi qaragüruhçu qüvvələr sosial şəbəkələrdə mənəviyyatsız hərəkətlər edirlər. Onların nə etməsindən asılı olmayaraq, əsas Allah həqiqəti görür. Mən gedib ona görə qan vermişəm ki, kiməsə faydası olsun. Bu cür işlərə qarayaxmaq istəyən adamların heç kəsə xeyrləri yoxdur, amma yenə də dağıdıcılıqla məşğul olurlar. Allah onları görür, ona görə də bu günə qalacaqlar".

"Əgər mənim qanım bu cür xəstə adamlara verilən zaman onlar sağalarsa, o zaman bunu etməyə razıyam. Mən qətiyyən bu cür adamlara qanımın verilməsinin əleyhinə olmaram. Çox istərdim ki, onların hər hansı birinə mənim qanımdan vurulsun. Bu zaman bəlkə onların vətənpərvərlik hissi normal olar. Yəni, onlar mənim qanımdan şəfa tapa bilərlər. Mən bu adamların satqın və dönük xislətini görüb, qanımdan onlara vurulmasını istərdim. Bu zaman bəlkə onların qanı düzələr, Vətən, torpaq və dövlətçilik hisslərinin nə olduğunu anlayarlar", - deputat bldirib.

Qeyd edək ki, bir qrup deputat və hakimiyyət rəsmisi sentyabrın 6-da "Aşura günü" ilə əlaqədar keçirilən qanvermə aksiyasında iştirak edib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook