SON XƏBƏR

Elman Məmmədov: İşğalçı dövlətin rəhbərliyinin siyasəti iflasa məhkumdur

Dekabr 22
01:36 2016
«Ermənistan dərin sosial-iqtisadi böhran içərisindədir. Bu ölkənin məhz belə bir acınacaqlı duruma düşməsi ilk növbədə onun işğalçılıq siyasəti ilə bağlıdır». Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
 
E. Məmmədov bildirib ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması nəinki Ermənistan hakimiyyətinə ciddi divident gətirmir, əksinə vəziyyətini daha da ağırlaşdırıb. Çünki məhz təcavüzkar mövqe bu dövləti bu dünyada etibarlı tərəfdaş olmadığını təsdiqləyib. 
 
«Ümumiyyətlə, işğalçı Ermənistan beynəlxalq aləmdə  "forpost” dövlət” kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Belə olan halda, öz xarici siyasət strategiyasında beynəlxalq hüquq normalarını əsas götürən dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər. Digər tərəfdən, kimsəyə sirr deyil ki, Ermənistanın xarici siyasəti müəyyən hegemon güclərə güvənərək yalnız işğal, təcavüz və təxribat üzərindən fəaliyyət göstərməkdən ibarətdir. Ona görə də, işğalçı dövlətin rəhbərliyinin siyasəti iflasa məhkumdur»- deyə, E.Məmmədov qeyd edib.  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook