SON XƏBƏR

Elman Məmmədov: Ermənistan öz təxribatları ilə münaqişənin həlli prosesində irəliləyişlərin əldə olunmasına imkan vermir

İyun 20
12:06 2017
«Atəşkəs rejiminin pozulmasının mütəmadi xarakter alması erməni tərəfinin təxribatıdır».
 
Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
 
E.Məmmədov bildirib ki, işğalçı Ermənistan bu təxribatlarla münaqişənin həlli prosesində irəliləyişlərin əldə olunmasına imkan vermir. Onun sözlərinə görə, atəşkəsin pozulması ilə qarşı tərəf cəbhə bölgəsində  yaşayan insanları gərgin vəziyyətdə saxlayır.
 
«Ermənilərin bu təxribatla Azərbaycanı beynəlxalq aləmə qeyri-stabil ölkə kimi təqdim etmək niyyəti var. Məqsəd Ermənistanın işğalçılıq siyasətindən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdır. Onların bu cəhdlərinə baxmayaraq işğal faktına haqq qazandırmaq heç bir halda mümkün deyil»- deyə, deputat qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook