SON XƏBƏR

Elman Məmmədov: Ermənistan rəhbərliyinin sərsəm bəyanatları dünya ictimaiyyətini aldatmağa yönəlib

Dekabr 06
11:09 2017
«Ermənistan rəhbərliyinin sərsəm bəyanatları dünya ictimaiyyətini aldatmağa yönəlib». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
 
E.Məmmədov  bildirib ki, işğalçı ölkənin rəhbərləri münaqişənin həlli ilə bağlı Azərbaycanı ittiham etməsi gülüncdür. Onun sözlərinə görə, bu cür yanaşma ilə Sarkisyan rejimi özünün işğalçılıq mahiyyətini ört-basdır etməyə çalışır.
 
«Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Nizamlama prosesində irəliləyiş olmazsa, sülhün alternativi ən azı, qarşısıalınmaz silahlanma yarışı, təmas xəttində mütəmadi insidentlər olacaq. Bu, o deməkdir ki, Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirərsə özü üçün problem yaradacaq. Çünki işğalçı dövlət dərin böhran içərisindədir. Münaqişə davam edərsə, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq»- deputat qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook