SON XƏBƏR

Əllillərlə bağlı səs-küylü qanun layihəsi parlamentin yaz sessiyasına qaldı

Dekabr 15
10:03 2017
Milli Məclisin yaz sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq , bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək.
 
"Əlillərin sosial təminatı haqqında”, "Dövlət bayrağı haqqında”, "Dövlət gerbi haqqında”, "Dövlət himni haqqında” qanun layihələri parlamentin "2018-ci il yaz sessiyasının işlər planı”na daxil ediləcək. Həmçinin bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.
 
Qeyd edək ki, hazırda "Əlillərin sosial təminatı haqqında” qanun layihəsinə Prezident Administrasiyasında baxılır. Qanun layihəsinin bu ilin sonunadək Milli Məclisə daxil olması gözlənilir/modern.az.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook