SON XƏBƏR

“Əliyevlə Paşinyanın görüşündən sonra gərginlik azalıb” - Sergey Lebedev

Oktyabr 10
13:29 2018
Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçıları Şurasının iclası zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş Dağlıq Qarabağda gərginliyi azaldıb.
 
AzVision.az "İnterfax"-a istinadən xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev söyləyib. 

"Mən özüm görmüşəm ki, Azərbaycan prezidenti və Ermənistanın baş naziri bir-birinə yaxınlaşaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə ediblər. Nəticələr göz qabağındadır - indi münaqişə regionunda gərginlik aşağı düşüb. Biz çox ümid edirik ki, bu mənada iki dövlət liderlərinin görüşləri davam etdiriləcək və bu da münaqişənin həlli üçün müsbət nəticələr verəcək”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook