SON XƏBƏR

Əliyevlə Paşinyan naharda 2 saat nə danışıblar... - “BÜTÜN TƏFƏRRÜATLARI BİLMƏK İSTƏYİRSİNİZ?”

Oktyabr 15
12:03 2019
Ermənistanın baş nazirinin mətbuat katibi Vladimir Karapetyan Aşqabadda keçirilən MDB sammiti zamanı Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında nahar zamanı baş tutmuş müzakirələrin təfərrüatları barədə danışmaqdan imtina edib.

Virtualaz.org xəbər verir ki, "Qraparak” ("Meydan”) qəzetinin müxbiri bu görüş barədə bir daha Karapetyandan soruşub.

"MDB dövlət başçılarının sammiti çərçivəsində Qarabağa dair nə müzakirə olunub? Format maraqlı idi, söhbət nahar zamanı baş tutub, 2 saata yaxın davam edib, amma heç bir təfərrüatlar yoxdur”,-müxbir sual verib.

- Nəyə görə təfərrüatlar dərc edilməlidir, bir halda ki, dövlət başçıları Qarabağ haqda danışırlar? Bütün təfərrüatları bilmək istəyirsiniz?

- Yox, hamısını deyil, təxmini karkası.

- Nə lazımsa artıq dərc olunub...

- Ancaq o dərc edilib ki, danışıblar, vəssalam, başqa heç nə...

- 20 il Robert Köçəryan və Serj Sərkiysan danışıqlar aparıblar, siz bundan artığını eşitmişdiniz? Danışıqlar prosesi konfidensiallığa əməl edilməsini nəzərdə tutur.

- Son vaxtlar ekspert çevrələrində danışıqlar formatının dəyişməsi barədə danışırlar, deyəsən "tet-a-tet” formatını Minsk Qrupunun formatı əvəzləməyə başlayıb. Bu belədir, ya yox?,-müxbir Karapetyandan əl çəkməyib.

- Xeyr, hesab etmirəm ki, bu belədir,-Vladimir Karapetyan söhbəti yekunlaşdırıb.

Xatırladaq ki, Aşqabadda baş tutmuş qeyri-formal müzakirələr barədə Yerevandan yayılmış açıqlamaya əsasən tərəflər təmas xəttində gərginliyin azaldılması, münaqişənin nizamlanması üzrə cari məsələləri müzakirə ediblər.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook