SON XƏBƏR

Əliqismət Lalayev yeni bir mükafat aldı

Dekabr 30
16:19 2016
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev yeni bir mükafata layiq görülüb.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin müvafiq əmri ilə Əliqismət Lalayev mədəniyyət sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Mükafat bu gün Ə. Lalayevə təqdim edilib.
 

 
"Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmağım mənim üçün çox böyük, sevincli, əlamətdar bir hadisə oldu. Düşünürəm ki, bu gözəl mükafat Azərbaycan mədəniyyəti, incəsənəti, teatrı sahəsindəki fəaliyyətimə, əməyimə verilən ali bir qiymətdir. Buna görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm. Səmimi-qəlbdən sevinirəm ki, belə bir mükafata layiq görülmüşəm. Bu mükafat yeni il öncəsi bayram ovqatıma  əsl sevinc qatdı. Ümumilikdə, 2016-cı il mənim üçün, Musiqili Teatr üçün çox yaddaqalan, uğurlu, əlamətdar il oldu. Bir sıra yeni tamaşalar təhvil verdik. Kollektivimizin müxtəlif üzvləri Beynəlxalq müsabiqələrin laureatı oldu. Ölkə başçısının sərəncamı ilə mən də daxil olmaqla bir sıra əməkdaşlarımız dövlətimizin ali mükafatları ilə təltif olunduq. Bütün bunlar möhtərəm Prezidentimizin mədəniyyətimizə olan diqqətinin, qayğısının bariz nümunəsidir. Fürsətdən istifadə edib, cənab Prezident İlham Əliyev başda olmaqla bütün xalqımızı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2017-ci il – Yeni İl Bayramı münasibətilə təbrik ediəm! Hər bir evə, hər bir ailəyə xoşbəxtlik, sağlamlıq, firavanlıq, bol ruzi-bərəkət, dövlətimizə əmin-amanlıq, rifah, uğur arzulayıram. Arzu edirəm ki, 2017-ci ildə uğurlarımız daha da çox olsun!”, - deyə Əliqismət Lalayev söyləyib.   
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook