SON XƏBƏR

Əliqismət Lalayev: “Milli Qəhrəman Mədət Quliyevdən mukafat almaq şərəfdir”.

Yanvar 12
13:21 2018
Bu sözləri rəhbərlik etdiyi kollektivin ötənilki uğurlarından danışan Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Azərbaycan Respublikasının və Naxçıvan  Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əliqismət Lalayev mətbuata açıqlamasında bildirib.
 
Əliqismət Lalayev qeyd edib ki, əməyə görə mükafatlar həmişə qürurvericidir : "Mən çox mükafatlara layiq görülmüşəm. Hər bir mükafatın taleyimdə özəl yeri var. Bu mükafat yaradıcı əməyimə verilən qiymət kimi hər dəfə mənə dünyaları bəxş edib. Ötən ilin sonunda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin imzası ilə DTX-nın Mədəniyyət Mərkəzində bədii yaradıcılığın inkişafına verdiyimiz töhvələrə və burada keçirilən tədbirlərin hazırlanmasında yaxından kömək göstərdiyimizə  görə təqdim olunan "Fəxri fərman” isə mənə xüsusi sevinc gətirdi. Bu mükafatlar bizim kollektivin əməyinə verilən qiymət idi, həm də bu mükafatı   
Milli Qəhramanımız, yaradıcı insanlara həmişə böyük qayğı ilə yanaşan, teatrımızın tamaşalarına da böyük maraqla gələn Mədət Quliyev özü mənə təqdim etdi. Çox gözlənilməz oldu, amma, çox da böyük sevinc doğurdu, qürur duydum. Milli Qəhrəmandan mükafat qəbul etmək çox böyük şərəfdir”.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook