SON XƏBƏR

Əlil-veteranların Lerik rayonuna istirahət turu təşkil olunub

Sentyabr 04
10:30 2019
"Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi” adlı eko-tur bu dəfə Lerik rayonuna təşkil olunub.

Lerik rayonuna səfər zamanı Lənkəran şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilərək, onların xatirəsinə ucaldılmış abidə üzərinə güllər düzülüb. 

Qarabağ müharibə iştirakçıları, əlil-veteranlar və onların ailə üzvləri 12 nəfərdən ibarət (4 nəfər işçi qrupu daxil)  eko turçu Lerik rayonunda nahar fasiləsi etdikdən sonra "Günəşli Şəlaləsi”nə yola düşüb. Əsrarəngiz təbiət incisini görmək üçün təyin olunmuş nəqliyyatla Lerik rayonun Günəşli kəndində yerləşən Günəşli şəlaləsinə səfər edilib. Yağışlı hava şəraiti şəlaləni yaxından izləməyə imkan verməsə də, görünən mənzərə unudulmaz xoş təəssüratlar yaratdı. Tur zamanı Layihənin rəhbəri Növrəstə Yusifova öz maliyyə vəsaiti hesabına iştirakçılara xatirə olaraq "Azərbaycan bayrağı” həkk olunmuş papaqlar hədiyyə etdi. 

Həmin ərazidə yerləşən "Həyat” istirahət mərkəzində çay dəsgahı təşkil olunub. Tur iştirakçıları şəlalənin yerləşdiyi ərazini gəzdikdən sonra yenidən Lənkəran şəhərində yerləşən "Starway Otel”ə qayıtdılar. Şam yeməyi tur iştirakçıları üçün rayon ərazisində yerləşən "Boranı” restoranında təşkil olundu. 

Masa ətrafında əyləşən tur iştirakçılarına Layihənin  rəhbəri Növrəstə Yusifova məlumat verərək bildirdi ki, Layihə çərçivəsində keçirilən turun əsas məqsədi, müharibə iştirakçıları və onların ailə üzvlərinin iqtisadi-sosial problemlərinin həlli istiqamətində istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkili, şəhərdən kənar, Azərbaycan Respublıkasının  regionlarında ekoloji təmiz olan təbiət qoynunda gəzintilərin təşkili, mədəni abidələr və məkanın digər mənzərəli yerlərlə də  tanış olacayıq. Tur zamanı iştirakçıların səhhətində yarana biləcək hər hansı bir problemin qarşısının almaq  məqsədilə tibb işçisi də onları müşayət edəcək.

Nahar fasiləsindən öncə tib işçisi tur iştiraçıların səhhəti ilə maraqlanıb, onların təziqləri və şəkər xəstəliyi olan şəxslərin şəkər miqdarı ölçülərək, səhhətlərində yarana biləcək narahatlığın öncədən qarşısı alınıb. Nahar fasiləsindən sonra Lənkəran şəhərində yerləşən dəniş kənarına yola düşüb. Dəniş kənarında qarşılanan mənzərə xoşa gəlməz oldu, istirahətə gələn vətəndaşların qida tullantıları ilə dəniş kənarını zibillədikləri müşahidə olundu. Tur iştirakşılarının övladlarına bu xoşa gəlməz mənzərəni göstərərərk "Ətraf mühiti qorumaq, təbiətə qayğı ilə yanaşmaq hər kəsin vətəndaşlıq borcudur” haqqında maarifləndirmə aparıldı. Bununla da "Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların təşkili” adlı Lerik rayonu üçün nəzərdə tutulan tur başa çatdı. 
 
Qlobal.az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook