SON XƏBƏR

Əli Kərimlidən 1 milyon manatlıq reket plan- Koalisiya Şurasında nə baş verir? TƏFƏRRÜAT

Fevral 10
03:14 2017
İctimai Birliklərin "Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiyasında son zamanlar bir sıra qalmaqallar yaşanmaqdadır. Fevral ayının 7-də Dövlət Neft Fondunda fondun direktoru Şahmar Mövsümovun Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bir qrup üzvü ilə keçirdiyi görüşdən sonra koalisiyada gedən gizli proseslər açıq müstəviyiə keçib. Belə ki, Şahmar Mövsümovun görüşünü hakimiyyətin koalisiyanın müstəqil fəaliyyətinə "açıq müdaxilə” kimi dəyərləndirən Koalisiya Şurasının 6 üzvü - Akif Qurbanov, Qubad İbadoğlu, Oqtay Gülalıyev, İlham Hüseynli, Azər Rəsul və Əlövsət Sadıxlı görüşə qatılmayıblar.
 
Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasında baş verən gizli proseslər barədə Qlobal.az ilginc informasiyalar əldə edib.
 
Əldə etdiyimiz məlumatda deyilir ki, 2015-ci ildə MSŞT-də tamhüquqlu üzv statusunu itirən Azərbaycan ötən ilin payızında MSŞT üzrə beynəlxalq idarə heyətinin Astanada keçirilən 35-ci toplantısında itirdiyi tamhüquqlu üzv statusunun bərpası üçün təqdim edilən tədbirlər planını uğurla yerinə yetirdiyinə görə namizəd statusu idarə heyəti tərəfindən saxlanıldı. İdarə heyətinin bu qərarını gözləməyən koalisiyadakı müəyyən qrup bundan sonra açıq- aşkar Azərbaycan hökumətini şantaj etməyə başladı.
 
Mənbənin bildirdiyinə görə, Şahmar Mövsümovun Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası ilə keçirdiyi görüşə qatılmayan şuranın üzvləri arasında birbaşa AXCP-nın sədri Əli Kərimlinin tapşırıqlarını yerinə yetirən şəxslər var. MSŞA Koalisiyasına yerləşdirilmiş bu "gizli minaları” işə salmaqda məqsəd isə Azərbaycan hakimiyyətini uzun illərdən bəri öz iradələrinə tabe etmək istəyən bir sıra qlobal miqyaslı təşkilatlardır. İlginc məqam isə mafiyalaşmış həmin qlobal təşkilatların rezidenti olan Əli Kərimlinin mövcud vəziyyətdən yararlanmaq istəməsidir.
 
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Koalisiya Şurasında təmsil olunan "üsyankar” iki şəxs Əli Kərimlinin göstərişlərini həyata keçirirlər. Mətbuata daha radikal açıqlamalar verən bu iki şəxsin ən ümdə məqsədi Əli Kərimlinin "çəkisini” hakimiyyətə və beynəlxalq təşkilatlara nümayiş etdirməkdir.
 
Məlumatda deyilir ki, Koalisiya Şurasında təmsil olunan "cütlüyün” vasitəsilə süni ajiotaj yaradan Əli Kərimlinin istəyi hakimiyyətdən, konkret olaraq Şahmar Mövsümovdan külli miqdarda pul almaqdır. Konkret rəqəmin məbləğinə gəldikdə isə bunun bir milyon manat olduğu söylənilir. Mənbə deyir ki, Əli Kərimlinin Koalisiya Şurasındakı əsas nümayəndəsi bu rəqəmi fevral ayının əvvəlində  hakimiyyətyönlü şəxsin vasitəsilə Şahmar Mövsümova çatdırıb. Məlumata görə, Şahmar Mövsümov isə "təklifi” qəti rədd edərək Azərbaycan dövləti ilə bu cür şantaj diliylə danışmağın artıq tarixdə qaldığını deyib.
 
Şahmar Mövsümovun fevral ayının 7-də keçirdiyi görüşdə əsas məqsədi isə baş verənlərdən Koalisiya Şurasının üzvlərini xəbərdar etmək olub.
 
Mənbə bildirir ki, İdarə Heyətinin gələn ayın birinci ongünlüyündə Kolumbiyada keçiriləcək iclasında Azərbaycanın əvvəlki tam hüquqlu üzv statusunun qaytarılacağı ehtimalı böyükdür. Bunun fərqində olan Əli Kərimli isə Koalisiya Şurasındakı adamlarını "körükləməklə” istəyinə daha tez nail olmağa çalışır.
 
Əli Kərimlinin istəyinə- daha doğrusu arzuladığı bir milyon manata çatmaq arzusu artıq puç olmaq üzrədir.
 
Sonda onu da qeyd edək ki, son zamanlar "Azadlıq” qəzeti və saytı ətrafında baş verən hadisələr də Əli Kərimlinin planının tərkib hissəsıdır. Belə ki, Əli Kərimli "Azadlıq” qəzetinin və saytının ciddi maliyyə böhranı içində olduğunu xüsusi qabartmaqla Koalisiya Şurasındakı maxinasiyalarını ətrafındakı insanlardan gizlətməyə çalışır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook