SON XƏBƏR

"Əli Kərimli yürüş etməklə şəhidlərimizin ruhuna hörmətsizlik edib" — Bəhruz Quliyev

Noyabr 19
20:06 2018
"Artıq dəfələrlə sübuta yetirilib ki, AXCP sədri Əli Kərimlinin "siyasəti" nə milli, nə dövlətçilik, nə də bütövlükdə azərbaycançılıq maraqlarına xidmət etməyib. Biz, həmin gerçəkliyi daha əvvəllər gördüyümüz kimi, hazırda da görməkdəyik”.

Qlobal.az xəbər verir ki, bu fikirləri Sia-ya "SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev AXCP-"Milli Şura” cütlüyünün Milli Dirçəliş Günü ilə bağlı keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əslində ölkə üçün əhəmiyyətli olan hər hansı tarixi gündə, yaxud proseslərdə daxili sabitliyi pozmaq cəhdi AXCP sədrinin köhnə adətidir və o, bundan şəxsi mənfəətləri üçün yararlanaraq, öz azsaylı elektoratı qarşısında divident qazanmağa səy göstərir, müxtəlif anti-Azərbaycan xarakterli fond və təşkilatların əmrlərinə tabe olduğunu sərgiləyir: 

"Lakin bu dəfə də sübuta yetirildi ki, onun və hay-küyçü ətrafının siyasi spekulyasiyaları bütövlükdə, Azərbaycan xalqının maraqlarına cavab vermir. Sadəcə bir fakta diqqət yetirək. Əli Kərimli uzun müddət idi ki, çox sevdiyi sosial şəbəkəsindən, kompüter klaviaturasından ayrıla bilmirdi. Saxta profilləri ilə Facebook üzərindən necə deyərlər, "siyasət” yürüdürdü. Ona görə də məhz Milli Dirçəliş Günündə də özünü cəmiyyətə zorla sırımağa çalışan Kərimli əlinin altında idarə etdirdiyi Cəmil Həsənli ilə birgə bir neçə nəfəri ətrafına toplayıb, icazəsiz şəkildə, qeyri-qanuni olaraq, hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Şəhidlər Xiyabanına yürüş etməyə çalışdı, şəhidlərimizin ruhundan alver predmeti kimi istifadə etmək istədi.

Bax, bu çirkin siyasət vasitəsi ilə "mən də varam” demək istəyən AXCP sədri özünü növbəti dəfə pat vəziyyətinə salmış oldu. Çünki heç bir sağlam düşüncəli insan onun kimi siyasi spekulyantın yanında olmağı özünə rəva görməzdi, sığışdırmazdı və sığışdırmır da. Deyərdim ki, Əli Kərimli bu rüsvayçı addımı ilə siyasi uğursuzluğuna növbəti imzasını atmış oldu”.

Baş redaktor xatırladıb ki, hakimiyyət müxalifətin istədiyi vaxt onlara yer ayırır və zaman-zaman "Məhsul” stadionunda icazəli mitinq keçirməyə icazə verir: 

"Ancaq biz həmin vaxt nə görürük və nəyin şahidlərinə çevrilirik? Biz görürük ki, AXCP və "Milli Şura” heç vaxt bu stadionun ərazisini öz elektoratları ilə doldura bilmir. Hesab edirəm ki, Əli Kərimlinin canfəşanlığı da buradan qaynaqlanır ki, o xarici ağaları qarşısında bunu gizlətməyə çalışır. O cümlədən, bunların xəstə təfəkkürləri də belə deməyə zəmin yaradır ki, uzun illərdir həmin azarlarından qurtula bilmirlər. Ona görə də icazəsiz aksiyalara əl ataraq, saxta görüntü yaratmağa çalışırlar”.

"Söz yox ki, onun bu oyunbazlığı həmçinin, hakimiyyətə qarşı yeni ittihamlar səsləndirməyə yönəlmiş uğursuz cəhdlərindən biri idi”, - deyən siyasi ekspert onu da bildirib ki, bu məqsədlə o, hüquq-mühafizə orqanları ilə qarşıdurma yaradıb, Şəhidlər Xiyabanına yürüş etməyə səy göstərib: 

"Amma göründüyü kimi, bu baş vermədi. Xalqın və dövlətin qorunması vəzifəsini fədakarlıqla icra edən polisimiz Əli Kərimlinin və ətrafının çrikin, heç bir mənəviyyata sığmayan əməlinin qarşısını aldı. Bu gün o və dağıdıcı ətrafı öz niyyətlərinə çatmayaraq, həm də yararsız, lazımsız və siyasi məhvə məhkum olmuş küçə müxalifəti olduqlarını bir daha isbatlamış oldular”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook