SON XƏBƏR

"Əli Kərimli və Milli Şura siyasi mübarizəni təhrif etməklə məşğuldur" — Sərdar Cəlaloğlu

May 18
13:02 2020
"Milli Şura Azərbaycanda yeganə siyasi qrupdur ki, onun fəaliyyəti və hansı addımlar atması, mövqeyi ilə maraqlanmıram. Bunun da yeganə səbəbi ondan ibarətdir ki, mən Milli Şuranın Azərbaycan xalqı, dövləti, cəmiyyətinə yeni ideya verəcəyinə və yaxud ictimai-siyasi proseslərinə təsir edəcəyinə inanmıram”.

Bunu "Ölkə.Az”a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, bunu rəqabətdə olan bir partiya kimi deyil, politoloq kimi deyir:

"Apardığım təhlillərə görə bu gün Milli Şura Azərbaycanın siyasi səhnəsində heç bir rol ala biləcək potensiala malik deyil. Bu dediklərim son günlərdə geniş müzakirəyə səbəb olan videokonfrans da onların hansı səviyyəyə malik olduğunu və ölkənin ictimai-siyasi həyatında ciddi rol ala bilməyəcəklərinin bariz göstəricisidir. Orada deyilənlər bir məqam mətbuatda diqqətimi çəkən məqam Əli Kərimlinin debatlar zamanı "Facebook" səhifəsində, sosial şəbəkələrdə fırtınasını davam etdirməliyik. Bu fırtına da ondan ibarətdir ki, 15-20 nəfərə pul verərək, otuzdurublar kompüterlərin arxasında və bunların da hərəsi özünə 10-15 saxta profil yaradıblar. Bu trol dəstəsi də onların sifarişini həyata keçirib, ya siyasi müxalifət liderlərini, yaxud maraqlarına uyğun olmayanları başlayırlar təhqir etməyə və mənfi fikir formalaşdırmağa çalışırlar. Əli Kərimli isə çıxış edəndə başlayırlar onu tərifləməyə ki, guya bu, qəhrəmandır, xalqın xilaskarıdır və sair. Onların "Facebook" fırtınası da bundan ibarətdir. Başqa adamları ləkələmək...”.

O əlavə edib ki, bununla da onlar Azərbaycanda siyasi maariflənmənin və ya etikanın inkişafına ciddi zərbə vururlar: "Hər şey göz qabağındadır. Hər vasitə ilə Azərbaycan müxalifətinin bir araya gəlməsinə mane olmaq. İşləri ancaq Əli Kərimlini tərifləyib başqalarını gözdən salmaq, onlara qara yaxmaq, millətin, dövlətin xeyrinə verilən təklifləri gözdən salıb təhrif eləmək, cəmiyyətə başqa formada çatdırmaqdan ibarətdir. Bax, budur Əli Kərimlinin stəkandakı fırtınası...

Ümumiyyətlə, bir söz deyim, virtual aləmdə edilən nailiyyətlərin heç biri real həyatda olduğu kimi əks olunmur. Demokratik proses iştirakçılıq tələb edir, virtual aləmdə isə iştirakçılıq yoxdur. Bu baxımdan Azərbaycanda demokratiyanın məhv olmasının səbəblərindən biri də insanların virtual aləmə cəlb olunmasıdır. İnsanlar virtual aləmdə öz aləmlərinə görə guya mübarizə aparırlar. Bunun acı nəticələrini yaşamaqdayıq. Bu prosesin də ən qabaqcıl nümayəndəsi Əli Kərimlidir. Bununla da o, aktiv demokratik siyasi mübarizənin qarşısını alır. Əslində, bu gün Əli Kərimli və Milli Şura siyasi mübarizəni təhrif etməklə məşğuldur. Trolları yığıb virtual aləmə və başlayır başqalarını təhqir etməyə. Bu yolla da özündə bir psixoloji təskinlik tapır ki, kişi guya kiminləsə mübarizə aparır. Bu adamlar siyasi əxlaq normaları, etik qaydalar çərçivəsində demokratiya uğrunda mübarizəyə ciddi zərbə vurur və onu ləngidir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook