SON XƏBƏR

“Əli İnsanovun ağlı olsaydı, 15 il əvvəl məni dinləyərdi” - Keçmiş nazir

Mart 18
13:44 2019
Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Əli İnsanovun açıqlamalarına münsibət bildirib. 

Əli Nağıyev bildirib ki, Əli İnsanovun sözügedən fikirlərinin hamısı səhvdir:

"Əli İnsanovun son müsahibəsi zamanı söylədiyi müəyyən fikirlərin hamısı səhvdir. Ona demək istəyirəm ki, ağrıdan doğan emosiya ilə müsbət nəticə əldə etmək mümkün deyil. Mən heç kimə ağıl öyrətmək fikrində deyiləm. Əgər ağıl öyrənmək istəsəydi, 15 il bundan əvvəl məni dinləyərdi, daha qeyri-adamları yox! Ona görə də mən hesab edirəm ki, onun dediyi fikirlərin hamısı səhvdir". (Demokrat.az) 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook