SON XƏBƏR

Əli Həsənovun tədbirində jurnalist döyüldü

Oktyabr 21
10:50 2017
Cebhe.info-nun bölgə müxbiri Elgün Gəncimsoy Tərtər rayon Polis İdarəsinin rəis müavini tərəfindən hücuma məruz qalıb

Bu haqda əməkdaşımız sayta açıqlamasında bildirib.

E.Gəncimsoyun sözlərinə görə, hadisə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun səfəri zamanı baş verib:

"Əli Həsənov bir neçə icra başçısı ilə birlikdə Tərtərə gələrək məcburi köçkünlər üçün şəhərciyə baş çəkib. Daha sonra Şıxlar kəndinin "Mağara” adlanan ərazisinə gediblər. Bu kənddə əvvəllər ermənilərin abidəsi olub. Sovet dövründə bu abidə ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə qoyulub. Dağlıq Qarabağ münaqişəsi ortaya çıxdıqdan sonra ermənilər o abidəni dağıtdılar. Bununla Qarabağa gəlmə olduqlarına dair izləri silmək istəyirdilər.

Səfər zamanı həmin abidənin qalıqlarının olduğu yerə stendlər qoyuldu. Yəni, bununla bildirilirdi ki, ermənilər Qarabağa köçürülüblər, əvvəldən burda yaşayan xalq olmayıblar. Tərtər rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı, soyadını dəqiqləşdirə bilmədiyim Əfqan adlı şəxs ərazidən uzaqlaşmağımı tələb etdi. Jurnalist olduğumu bildirdim. "Nə jurnalist, səni bura kim buraxıb?” deyərək qolumdan tutub sürüdü. Tədbiri işıqlandıra bilmədim. Daha sonra zəng edib ondan şikayət edəcəyimi dedim. Dedi ki, ona yuxarıdan tapşırıq verilib və o, sadəcə təhlükəsizliyi qoruyub”.

Əməkdaşımız E.Gəncimsoy daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxlayıb:"Jurnalistin oradan uzaqlaşdırması barədə tapşırıq verilib-verilmədiyini dəqiqləşdirmək istədim. Belə bir tapşırıq verilmədiyini dedilər”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook