SON XƏBƏR

Əli Həsənovun nəvəsinin maşın kolleksiyasının qiyməti - 80 min qaçqının dolanışığı...

Avqust 09
10:06 2017
Baş nazirin müavini, "Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin "Gelandewagen” markalı avtomobillə törətdiyi qəzadan sonra onun maşın kolleksiyası olduğu ortaya çıxıb.

Bahalı avtomobillərin fotoları bir neçə gündür, mətbautda tirajlanır. İqtisadçı Qubad İbadoğlu isə onun avtomobil kolleksiyasının qiymətini hesablarıb. 

Q. İbadoğlu bildirib ki, bu kolleksiyasını yaratmaq üçün hazırkı orta aylıq əmək haqqı ilə ən azı 326 il, ən çoxu isə 464 il, baş nazirin müavininin indiki maaşı ilə ən azı 83, ən çoxu 129 il eyni vəzifədə işləmək lazımdır.
 

 
"Bu məbləğ hesabına ən azı 56 min 582, ən çoxu isə 80 min 524 məcburi köçkünə yaşayış ehtiyaclarını və kommunal xərclərini ödəmək üçün ayrılan aylıq yardımı 2 dəfəyədək artırmaq olar.

Avtomobil kolleksiyasına sərf olunan məbləğlə ən azı 1697, ən çoxu isə 2451 tələbəyə 1 il ərzində ayda 100 manat təqaüd vermək olardı".

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədrinin müavininin nəvəsinin kolleksiyasına daxil olan avtomobillərin qiymətləri:

1. Mercedes G Wagon Brabus 

Qiyməti 138.200 Avrodan (276400 Manatdan) 474.810 Avroyadək ( 949620 Manatadək) 

2. Mercedes G 65 AMG 

Qiyməti 218.000 ABŞ dollarıdır. ( 370.000 Manatdır)

3. Mercedes-Benz SLS AMG 

Qiyməti 201.500 ABŞ dollardır (342.550 Manatdır)

4. Mercedes-Benz AMG GT S 

Qiyməti 110.000 ABŞ dollardan (187.000 Manatdan) 130.000 ABŞ dollaradək (221.000 Manatadək)

5. Aston Martin 

Qiyməti 196.086 ABŞ dollarıdır (333.346 Manatdır).

6. Porsche Cayenne

Qiyməti 53900 ABŞ dollarından (91.630 manatdan) -79.995 ABŞ dollarıdır (135.991 Manatdır). 

7. Audi Q-7

Qiyməti 57.998 ABŞ dollarıdır (98.596 Manatdır).

8. Bentley Continental GT

Qiyməti 198.500 ABŞ dollarından (337.450 manatdan ) 263.400 ABŞ dollarınadək (447.780 manatadək).
 
8 avtomobilə xərclənən vəsait ən azi 2 milyon 36 min 972 manat

1 avtomobilin orta qiyməti 254 min 622 manatdır.

Ən çoxu 2 milyon 898 min 883 manat. 

1 avtomobilin orta qiyməti 362 min 360 manat".
 


İqtisadçı daha sonra əlavə edib: "Bizə məlum olan avtomobillərdən ibarət kolleksiyasını yaratmaq üçün hazırkı orta aylıq əmək haqqı ilə ən azı 326 il, ən çoxu isə 464 il, baş nazirin müavininin indiki maaşı ilə ən azı 83, ən çoxu 129 il eyni vəzifədə işləmək lazımdır.

Bu məbləğ hesabına ən azı 56 min 582, ən çoxu isə 80 min 524 məcburi köçkünə yaşayış ehtiyaclarını və kommunal xərclərini ödəmək üçün ayrılan aylıq yardımı 2 dəfəyədək artırmaq olar.

Avtomobil kolleksiyasına sərf olunan məbləğlə ən azı 1697, ən çoxu isə 2451 tələbəyə 1 il ərzində ayda 100 manat təqaüd vermək olardı”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook